Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Seçicilər 50 saylı Abşeron-Qobustan seçki dairəsinin layiqli namizədinə inanırlar
Tarix: 16-10-2015 | Saat: 23:46
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Seçicilər 50 saylı Abşeron-Qobustan seçki dairəsinin layiqli namizədinə inanırlar

Seçicilər 50 saylı Abşeron-Qobustan seçki dairəsinin layiqli namizədinə inanırlar

50 sayli Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasinin Milli Məclisinə deputatliğa namizəd Rəhimov Akif Şəmiddın oğlu
1969-cu il may ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalında fəhlə ailəsində anadan olmuşdur.1986-cı ildə orta məktəbi bitirmişdir.
1987-1989-cu illərdə əskəri xidmətdə olmuşdur.Ali təhsilli hüquqşünasdır.
Rəhimov Akif Şəmiddin oğlu 1995-1998 ci illərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq,Moskva şəhərlərində sahibkarlıqla məşğul olmuşdur. O, Ulu öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşması üçün iş adamlarına dövlətin hər cür qayğı göstərəcəyini və yardım edəcəyini bəyan edəndən sonra 1998-ci ildən doğma azərbaycana qayıtmış, çox şaxəli sahibkarlıq fəaliyyətini ölkəmizdə davam etdirmiş, yeni-yeni iş yerləri açmış, onlarla qaçqın ailələrini himayədarlığa götürmüşdür. Hal-hazırda Rəhimov Akif Şəmiddin oğlu “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Rəhimov Akif Şəmiddin oğlunun seçki platforması.

Hörmətli seçicilər!
Əgər mənə etimad göstərib millət vəkili seçərsinizsə deputat kimi fəaliyyətimin əsas istiqamətləri aşağıdakılar olacaqdır:
- Dövlətçilik, qanunçuluq, demokratiya, vətənpərvərlik, maarifçilik, soisal ədalət və sahibkarlığın inkişaf etdirilməsini öz fəalliyyətimdə rəhbər tutacaq, insan və vətəndaş hüquqlarını və azadlıqlarını cəmiyyətin və dövlətin mənafeylərini qoruyacağam;
- Sosial hüquq və siyasi eyniliyi qəbul edirəm, ona hörmətlə yanaşıram, zorakılığın, terrorun, separatizimin, dini ayrı seçkiliyin, totalitar rejimin əleyhinəyəm və bunlara qarşl barışmaz mövqedəyəm;
- Dövlətin milli təhlükəsizliyinin təmin edilməsi, ölkənin müstəqilliyi və suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi və onların öz torpaqlarına qaytarılması ali məqsədimizdir;
- Sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramının həyata keçirilməsi və onun inkişafına mane olan bütün qeyri qanuni müdaxilələrin qarşısının alınmasına aid qanunların hazırlanmasında fəal iştirak edəcəyəm;
- Özəl sektorlarda çalışan insanların hüquqlarının əmək qanunvericliyi aktlarına əsasən qorunması istiqamətində daima iş aparacağam;
- Ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsində vətəndaşların yaşayış səviyyəsinin, maddi durumlarının yüksəldilməsində, işsizliyin aradan qaldırılmasında, yeni-yeni iş yerlərinin açılmasında, gənclərin işlə və yüksək əmək haqları ilə təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm.
- Bir hüquqşunas kimi dövlət və şəxsiyyət əleyhinə cinyətkarlıqla, rüşvətxorluqla, korrupsiya və sosial ədalətsizliyə qarşı mübarizədə fəal iştirak edəcəyəm.

Hörmətli seçicilər:
Siz mənə etimad göstərib, Milli Məclisin üzvü secərsinizsə hər bir seçicinin deputatı kimi bütün arzu təklif və istəyini nəzərə alaraq öz fəaliyyətimi daha da məqsədyönlü genişləndirəcəyəm və var gücümlə çalışacağam.

Əziz və hörmətli seçicilərim!
Sizi 01 noyabr 2015-ci ildə keçiriləcək seçkilərə dəvət edirəm!


Xəbəri paylaş

1 1418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___