Operativ qərargah: Axtarışlar nəticə verməyib
Tarix: 07-12-2015 | Saat: 00:39
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar", - deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan "Nefteqaz-62" gəmisinə köçürülüb: "Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah, günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək".
O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.
Xəbəri paylaş
5438 dəfə oxunub.
Digər xəbərlər

30-05-2016, 20:10
“Davudoğlu mənə 5 min verdi”
14-07-2015, 12:39
"Rembo" İŞİD-lə döyüşəcək
28-01-2017, 11:41
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
3-08-2015, 11:26
İŞİD 4 yaşlı uşağa anasını öldürməyi əmr etdi
12-07-2015, 11:35
Cəbhədə düşmən payını belə aldı
17-04-2016, 13:56
Mourinyo “Mançestr-Yunayted” ilə müqavilə imzaladı
2-06-2017, 19:59
Cavanşir Məmmədov efirə BİABIRÇI geyimdə gəldi - FOTOLAR
1-08-2017, 13:26
Rəqsanəni “vorzakon” hədələdi: 30 min pul tələbi