"Azəravtoyol": Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti bərpa olunub
Tarix: 02-06-2017 | Saat: 12:07
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci kilometrlik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli apa-economics"ə bildirib ki, əraziyə dərhal adıçəkilən dövlət müəssisəsinin canlı qüvvəsi və ağır texnikası cəlb olunub.
"Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub", - deyə o qeyd edib.
A.Nəcəfli əlavə edib ki, təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib: "Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 santimetr dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb".
Qurum rəsmisi onu da bildirib ki, hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

4-02-2019, 10:59
Bərdədə ana uşaqlarını niyə küçəyə atıb?-TƏFƏRRÜAT
27-03-2018, 11:35
Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı
24-08-2022, 13:09
“”Dünyagöz Klinikasında” həkim əməliyyat zamanı məni kor etdi” – ŞİKAYƏT
31-10-2016, 18:41
Azəravtoyol: "Problemli yolların əksəriyyəti sovet dövründə inşa edilib"
10-03-2017, 22:14
Hamilələr, mobil telefondan uzaq durun - TÖVSİYƏLƏR
13-07-2017, 11:51
Ət xalı kəsdirmək istəyirsinizsə, bu yazını MÜTLƏQ OXUYUN
16-11-2015, 12:13
Tanınmış aktrisadan canlı efirdə oriental rəqs - VİDEO
9-09-2021, 13:05
Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq? - VİDEO