Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı
Tarix: 27-03-2018 | Saat: 11:35
Bölmə:Karusel / İbadət | çapa göndər
#CƏMİYYƏT
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 600 insan müraciət edib.
Xəbəraz.Az Trend-ə istinadən bildirir ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 600 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.
Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.
Xəbəri paylaş
7948 dəfə oxunub.
Digər xəbərlər

17-09-2021, 12:40
Bakıda yemək daşıyan "kamikadzelər"- İki təkərli axını kim tənzimləyir?
1-03-2018, 12:19
İtkin alpinistlərin axtarışlarına yeni qrup qoşulmayıb
16-07-2016, 02:44
Qənirə Paşayevadan Türkiyədəki çevrilişə - Reaksiya
17-05-2016, 10:52
Saçlarına gül düzəndə... və meşədə azdım - ÇÖLDƏN REPORTAJ
19-03-2015, 17:07
Piyada qəzada öldü
4-05-2015, 12:10
Prokuror: Arsen Baqdasaryanın 18 il müddətinə