Burada evlənmək hər adamın işi deyil - QADINA ELƏDİKLƏRİNƏ İNANMAQ OLMUR
Tarix: 14-05-2017 | Saat: 14:42
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər
Dünya ölkələrinin özünəməxsus adət-ənənəsi var. Qərb dövlətlərində keçirilən mərasimlər, ayinlər Şərq dövlətlərinə nisbətən daha ağlabatan olur. Yer üzündə ən maraqlı və ağlasığmaz adətlər isə Afrika, əsasən də Efiopiya ərazisində qeydə alınıb. Yetkinlik yaşına çatmış gəncləri, evlilik hazırlıqları görən cütlükləri qəbilələr çox maraqlı şəkildə "təbrik" edir.
Sizə maraqlı adətləri ilə fərqlənən Hamer qəbilələsi haqqında faktları təqdim edirik:
20 min nəfərlik əhalisi olan güclü Hamer qəbiləsinin əksəriyyət üzvləri Efiopiyaya məxsus Omo çayı vadisində yaşayır. Əsasən ənənəvi kəndlərdə yaşayan sakinlər, əhalisinin sayı artdığı üçün daha böyük şəhərlərə və paytaxt Addis Ababaya köçürlər.
Hamer qəbiləsi maraqlı adətləri ilə seçilir. Bu qəbilənin üzvləri arasında yetkinlik yaşına çatmış kişilər iki ritual keçirməlidir: sünnət və buğa üstündən tullanma. Bu iki sınaqdan keçənlərin yetkinlik çağından gənclik çağına keçdiyi deyilir. Əvvəlcə ailəsinin gözü önündə qamçılanan yeniyetmələr daha sonra axtalanmış dörd inəyin üzərindən hoppanmalıdır. Bunu edə bilən oğlanlar evliliyə hazır olduqlarını sübut etmiş olurlar.
Qəbilədə yaşayan qızların işi isə daha çətindir. Hamer qəbiləsinin xanımları bədənlərindəki qamış izlərilə fəxr edirlər. Belə ki, qəbilənin adətinə görə, bədənində daha çox qamçı izi olan qadın əri tərəfindən ən çox sevilən qadındır. Ərləri qadınları çubuqla qan çıxana kimi döyür. Bunu qadın özü istəyir. Qamçı izlərinin ağrısına dözə bilməyən qadınlar yaraların üzərinə yağ çəkirlər. Sonra isə lüt çölə çıxıb qəbilə qadınlarına çapıqlarını göstərirlər. Kiminsə bədənində çapıq yoxdursa, digərləri həmin qadını lağa qoyur, ərini isə impotent hesab edir. Döyülən qadınlar ritual zamanı qışqırarlarsa, bu qəbilə içində rəzalət deməkdir. Qadın ərinin vurduğu qamçılara dözə bilmirsə, deməli onu sevmir.publika
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

8-01-2016, 12:13
Liviyada dəhşətli terror - 65 ölü, 100 yaralı
12-03-2015, 14:36
İlk nömrə və ilk qalib! - FOTO Bugün
31-01-2017, 13:10
Trampın bu fərmanı ağılsızlıqdır - Şvartsenegger
8-03-2016, 13:17
Xoşqədəm və Doğuşdan romantik FOTOLAR
30-08-2017, 15:17
Bakı Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina edib
20-06-2023, 11:16
Ölkə ərazisində qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
31-08-2017, 21:01
“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA
4-11-2017, 11:01
Dövlət xəstəxanalarında doğuş neçəyədir -QİYMƏTLƏR/ SİYAHI