“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA
Tarix: 31-08-2017 | Saat: 21:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” sərəncam ətrafında yaranmış müzakirələrlə bağlı açıqlama yayıb.
Nümayəndəlikdən daxil olan açıqlamada bildirilir ki, bəzi informasiya saytları sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən “mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün Muxtar Respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.
"Əslində, sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət güşələr yaradılacaq ki, bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcək. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir.
Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Sərəncamda Ali Məclis Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi tapşırılıb. Yəni bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcək.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq və təşviq olunub.
Kitab və mütaliə mədəniyyəti haqqında təsəvvürü olmayanların isə diqqətinə çatdırırıq ki, fikir yürütməzdən, ictimaiyyətə ziddiyyətli məlumatlar verməzdən əvvəl, yaxşı olar ki, sərəncamı diqqətlə oxusunlar", - deyə Daimi Nümayəndəlikdən bildirilib.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

14-11-2016, 13:39
Sabahın HAVAsı
5-05-2017, 20:33
Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəldi - VİDEO
27-04-2016, 18:21
Rusiya ilə Türkiyə arasında nəhəng layihə reallaşır
13-11-2017, 13:51
Telman İsmayılov beynəlxalq axtarışa verildi
22-02-2018, 14:45
Fəttah Heydərov “İstiqlal” ordeni ilə təltif edilib
10-07-2023, 10:45
Sumqayıtda DƏHŞƏT: Anası ilə mübahisə edən keçmiş məhkum özünü yandırdı
15-06-2022, 11:04
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
12-08-2021, 11:31
Cinsi gücü artıran, ürəyi və sinirləri möhkəmləndirən GÖYƏRTİ
10-12-2021, 16:52
Azərbaycanda “Omikron” ştammı aşkarlanıb? - AÇIQLAMA
19-07-2018, 15:56
Planlar kifayət qədər çoxdur - İlham Əliyev