Dövlət xəstəxanalarında doğuş neçəyədir -QİYMƏTLƏR/ SİYAHI
Tarix: 04-11-2017 | Saat: 11:01
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

SƏHİYYƏ NAZİRLİYİNİN "PULSUZDUR” DEDİYİ XƏSTƏXANALARDA DOĞUŞ QİYMƏTLƏRİNİ KİM TƏYİN EDİR?
Azərbaycan Respublikasında uşaq dünyaya gətirməyin neçəyə başa gəldiyini araşdırmışıq.
Sosial şəbəkələrdə aparılan və son 3 ayda ana olmuş qadınlar arasında aparılan sorğu nəticəsində bir çox dövlət müəssisələrində, təsərrüfat hesablı olmayan xəstəxana və ginekoloji institutlarda təbii doğuş qiymətləri məlum olub.
Qiymətlər bir-birinə çox yaxındır.
Beləliklə:
- 3 saylı Sabunçu xəstəxanası - 300-350 AZN
- Respublika Klinik xəstəxanası - 400-500 AZN
- 1 saylı Klinik Xəstəxana – 400-500 AZN
- Ə. D. Məlikov adına 6 saylı xəstəxana – 350-400 AZN.
Qeyd edək ki, bu məbləğdən əlavə də bəzi xərclər gözlənilir. Doğuşa qəbul olunan qadın əvvəlcədən doğuşu qəbul edəcək mama ginekoloqla danışmalı, detalları müzakirə etməlidir. Hamilə qadınlar doğuş üçün verdikləri məbləğə görə heç bir rəsmi qəbz almayıblar. Bununla da xəstəxanada hansı məbləği ödədikləri rəsmi olaraq sübut etmək mümkün deyil.
Qəfildən doğum sancıları ilə xəstəxanaya çatdırılan bir pasiyent isə cəmi 200 AZN ödədiyini bildirib.
Xəstəxanalara qəfildən gələn, növbətçi həkimin qəbul etdiyi doğuş nisbətən ucuz başa gəlir.
Ötən ay Sabunçu xəstəxanasında doğum etmiş gənc qadın həyat yoldaşının həkimə 350 AZN verdiyini bildirib.
Özəl klinikalarda isə təbii doğuşun qiyməti 800 – 150 arasında dəyişir.
Nəzərə alaq ki, özəl xəstəxanada pasiyentin qəbulu üçün hər detala pul xərclənir, dövlət xəstəxanaları icarə, tibbi ləvazimat, işıq, su, yer və s kimi xərclərdən azaddır.
Məsələ ilə bağlı danışan Səhiyyə Nazirliyinin mətbuat nümayəndəsi Səfayə Əhmədova Azərbaycanda dövlət xəstəxanalarında vətəndaşın doğum etməsinin PULSUZ olduğunu bildirib:
"Azərbaycan Respublikası ərazisində dövlət hesablı səhiyyə müəssisələrində istənilən vətəndaş üçün doğuş pulsuzdur. İstər öncədən müraciət edən, istər küçədə qəfildən doğuş edən qadın təsərrüfat hesablı olmayan istənilən dövlət xəstəxanası və ginekoloji müəssisədə doğuş birmənalı olaraq heç bir pul ödənmədən həyata keçirilir”.
(medicina.az)
1 4308 dəfə oxunub.
Digər xəbərlər

26-04-2019, 12:09
Formula 1 bu gündən başlayır - Vaqif Əsədov sürücülərə müraciət etdi
23-04-2017, 20:50
Tərxunun əvəzolunmaz FAYDALARI
28-08-2016, 15:35
Həbsxanadan 28 məhbus qaçdı - Filippində
11-07-2016, 15:29
Atası qızını zorladı, qızı da kamera quraşdırıb... -Hövsanda RƏZALƏT
10-06-2018, 11:55
Burak sevgilisindən ayrılıb?
23-06-2019, 22:24
İmamoğlu qələbə qazandı - Yıldırım təbrik etdi
19-10-2018, 11:08
Saqqız əvəzinə gündə hil çeynəyin, bu xəstəliklərdən xilas olun – Peyğəmbərlərin sevimli “saqqızı”
26-01-2018, 21:30
Salyanda AĞIR QƏZA - Ana ilə oğlu öldü
25-10-2015, 01:28
Izzət Bağırov oğlu ilə məsciddə - FOTO