Tələbələrin təqaüdlərinin gecikmə səbəbi AÇIQLANDI
Tarix: 16-03-2017 | Saat: 15:27
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı müxtəlif xəbərlər dərc olunur və buna "Maliyyə Nazirliyinin hesaba pul köçürməməsi" səbəb kimi göstərilir.
Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin geçikməsində hər hansı vəsait çatışmazlığından söhbət getmir: "Bildiririk ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".
Xəbəri paylaş
7698 dəfə oxunub.
Digər xəbərlər

16-02-2017, 13:05
Havalar kəskin soyuyur - QAR YAĞACAQ
14-06-2016, 19:16
Sel basan ərazilər dezinfeksiya edilir
7-10-2019, 12:33
BİABIRÇILIQ: Yerdə sürünən çılpaq qadın... (FOTO)
8-12-2016, 15:37
Ermənistan ordusunda insident: 1 ölü, 1 yaralı -VIDEO
25-04-2018, 10:24
Tramp da erməniləri məyus etdi - "soyqırımı" demədi
17-11-2015, 21:58
Daha bir kəndə təbii qaz verildi
19-02-2017, 12:25
45 yaşı var, illərə meydan oxuyur - Fotolar
10-09-2023, 17:38
Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər”
5-10-2016, 21:48
Bu qidalar qəbizlikdən xilas edir - SİYAHI