Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sel basan ərazilər dezinfeksiya edilir
Tarix: 14-06-2016 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sel basan ərazilər dezinfeksiya edilir

İyunun 12-də yağan yağışlar nəticəsində İsmayıllıda su basan ərazilərdə dezinfeksiya tədbirləri həyata keçirilir.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, ərazilərdə dezinfeksiya işləri artıq sona çatmaq üzrədir.

Z.Kazımovun sözlərinə görə, digər rayonlarda epidemioloji gərginlik olmadığından dezinfeksiya tədbirləri yalnız İsmayıllı rayonu ərazisində aparılıb.


Qeyd edək ki, iyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağışlar nəticəsində rayonun 10-dan artıq kəndinə ciddi ziyan dəyib. İsmayıllının Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub.

Qaraməryəm-İsmayıllı-Şəki avomobil yolunun 8-ci kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsindəki körpülər, suötürücülər və yol təsərrüfatına aid olan bütün qurğular daşqın sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq lilləri ilə dolub. Nəticədə yolun 15 kilometrdən artıq hissəsi yararsız vəziyyətə düşüb.

Yağışlar Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində də təhlükə yaradıb. Sel və dolu nəticəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrliyi sel suları nəticəsində yuyulmaya məruz qalıb.


Xəbəri paylaş

08 dəfə oxunub.

Digər xəbərlər
28-04-2017, 08:56 Derbidə sülh-VİDEO

bütün xəbərlər
____ Instagram ___