Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ödənişsiz doğuş üçün hara müraciət etmək olar? - İcbari Tibbi Sığortadan AÇIQLAMA
Tarix: 16-11-2022 | Saat: 12:20
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər





Son dövrlər qadınlarda hamiləlik dövründə tibb müəssiəslərində doğuşun və hamiləlik müddətində həkim müayinəsinin ödənişsiz həyata keçirilməsi ilə bağlı suallar yaranır.

Hamiləlik müddətində həkim-ginekoloq xidmətlərindən ödənişsiz faydalanmaq mümkündürmü? 

Bunları nəzərə alaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə hamilə qadınları maraqlandıran suallar ünvanladıq.

Məsələ ilə bağlı  sorğusuna cavab olaraq İcbari tibbi sığortadan bildirildi ki, Xidmətlər Zərfində hamiləliklə təminata alınan tibbi xidmətlər çərçivəsində doğuş və qeysəriyyə kəsiyi əməliyyatı ödənişsiz həyata keçirilir. Bəs bu xidmətlərə nələr daxildir?

• Hamilə qadınlara doğuşaqədər ambulator mama-ginekoloji yardım və dispanser nəzarət;
• Doğuş və qeysəriyyə əməliyyatı;
• Stasionar yatış zamanı qidalanma və digər xərclər;
• Zahılıq dövründə müayinə və müalicə;
• Stasionar şəraitdə laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri;
• Yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi.

Bəs doğuşun ödənişsiz şəkildə həyata keçiriləcəyi səhiyyə müəssisələri və xəstəxanalar üçün hansı ünvanlara müraciət etmək lazımdır?

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına yaxınlaşmalıdır. Həmin tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqələri təqdim edilir və doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki istənilən ixtisaslı tibb müəssisəsinə yönləndirilir. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, şəhər klinik xəstəxanaları, habelə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Sabunçu Tibb mərkəzi, Qaradağ Tibb Mərkəzi və s. aiddir.

Hamilə qadınlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə linkə daxil olaraq tanış ola bilər:

https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf

Qeyd edilən tibb müəssisələrində vətəndaşlar ixtisaslı həkimin müayinəsindən keçə və Xidmətlər Zərfi ilə təminata alınan müvafiq tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş verilə bilər.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Agentliyin müqavilə bağladığı tibb müəssisələri ilə linkə daxil olaraq tanış olmaq olar: 

https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi

Son olaraq bildirək ki, xanımlar hamiləlik dövründə göstərilən əhatəli antenatal qulluq, habelə ana və körpəyə qulluqla bağlı hazırlanmış aşağıdakı məqalələrlə ətraflı tanış ola bilərlər:

Antenatal qulluğun aparılmasının əhəmiyyəti

İcbari tibbi sığorta çərçivəsində ana və körpəyə qulluq




Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___