Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Ölümü uşaqlara necə izah edək? - PSİXOLOQ YAZIR
Tarix: 20-01-2017, 18:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Ölümü uşaqlara necə izah edək? - PSİXOLOQ YAZIR



“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edirik.


Hər bir ölkənin sağlam gələcəyi onun vətəndaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

Ağır, acılı günlərimizi necə?! Bax, burda hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?

İlk öncə onu qeyd edim ki, uşaqlar ölümü 7 yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə foto görüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s. kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şeirlər öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.

Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim-pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu, uşaqlarda artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə, hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s. fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə, bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar, heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instinktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhəri gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.

Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqırımı mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9 yaşından sonra bu görüntüləri gizlətsəniz belə, axtarıb tapacaq, bütün sənədli filmləri izləyəcəkdir. Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqırımı övladlarımızda ruh düşkünlüyü yox, daha mətin, daha mübariz olmağı formalaşdırmalıdır.

Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə çatdıracaq bu günün uşaqları sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, xalqımıza səbir arzulayıram.

6278 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___