Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtidar deputatı Emin Millini Azərbaycana dəvət etdi
Tarix: 14-05-2019, 11:00 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər




Deputat Bəxtiyar Sadıqov Emin Millinin sosial şəbəkələrdə Azərbaycanla bağlı müsbət paylaşımlarına münasibət bildirib.


Xəbəraz.Az xəbər verir ki, o, "Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Azərbaycandan xaricə gedənlər olub, bu onların hüququdur: "Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfiləri qabardırlar, qərəzli danışırlar. Sanki azərbaycanlı deyillər.


Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".


Deputat hesab edir ki, nöqsanları demək olar: "Hakimiyyət həmişə müxalifətə fəaliyyət imkanı verib. İqtidara qarşı çıxmaq da olar, ancaq dövlətə, milli maraqlara zidd hərəkət etmək olmaz. Emin Milli Vətənə gəlmək istəyirsə, buyurub gəlib yaşasın. Heç kəs müxalifətçiliyinə görə cəzalandırılmır. Kim qanunu pozursa, onun barəsində tədbir görülür. Ona görə də Emin Millinin üzrünü alqışlayıram. Kimlər Azərbaycanı qaralamağı özünə çörək ağacı seçibsə, səhvə yol verirlər. Başqaları da Emin Millinin hərəkətindən nümunə götürməlidir”.


Qeyd edək ki, Emin Milli bir neçə gün əvvəl sosial şəbəkədə prezident İlham Əliyevdən üzr istəyib. Həmin statusu olduğu kimi təqdim edirik:


"İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm.


İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər.


Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik.


Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.


İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.


Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.


Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur".

568 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___