Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD terror qruplaşmasına qoşulmaq üçün evdən qaçıb. (VİDEO, FOTO)
Tarix: 17-06-2015 | Saat: 00:44
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

İŞİD terror qruplaşmasına qoşulmaq üçün evdən qaçıb. (VİDEO, FOTO)
Məryəm İsmayılova getməzdən əvvəl evdə olan 30 min rublu da götürüb
Rusiyada 19 yaşlı ikinci kurs tələbəsi Məryəm İsmayılova İŞİD terror qruplaşmasına qoşulmaq üçün evdən qaçıb.

Xeberaz.az ANS PRESS-ə istinadla xəbr verir ki, İsmayılovanın doğmaları onun universitetə getmək adı ilə evdən çıxdığını bildirib. Hazırda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 12-dən itkin düşmüş Məryəm İsmayılovanın axtarışlarını aparır. Axırıncı dəfə evdən çıxan qız doğmalarına bildirib ki, o, universitetə getməlidir.

Məryəmin yaxınları hesab edirlər ki, o, Varvara Karaulovanın hərəkətini təkrarlayıb. Məryəm getməzdən əvvəl evdə olan 30 min rublu da götürüb. Sonradan məlum olub ki, 19 yaşlı tələbə gizli şəkildə pasport da alıb. O, aeroporta gedərək İstanbula gedib.

Qeyd edək ki, bir neçə gün öncə digər rusiyalı tələbə 19 yaşlı Varvara Karaulova İŞİD terror qruplaşmasına qoşulmaq üçün evdən qaçaraq Türkiyə ərazisindən Suriyaya keçməyə çalışmışdı. Amma Varvara Suriya sərhədini keçdiyi vaxt tutulmuşdu.
[media=https://youtu.be/tGJeICrfVrM]


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___