Bakıda avtobus ahıl piyadanı vurdu
Tarix: 26-10-2016 | Saat: 16:25
Bölmə:Karusel / Hadisə | çapa göndər
"BakuBus" MMC-nin avtobusu yaşlı qadını vurub.
"Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, "BakuBus" MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.
"BakuBus" MMC-nin mətbuat xidmətindən fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: "Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb".
Faktla bağlı "BakuBus" MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

10-05-2019, 17:35
XƏBƏRDARLIQ! Temperatur 5-8 dərəcə aşağı enəcək, rayonlara dolu düşəcək
1-09-2015, 01:25
Kurtlar vadisinin aktyoru Rəqsanənin qızını seçdi - FOTOLAR
6-04-2019, 15:20
Gəncədə 36 yaşlı kişi özünü asdı
27-06-2015, 21:01
Boksda daha bir medal qazandıq
11-05-2022, 12:48
DSX hərbçisi intihar etdi
4-02-2017, 23:48
Küncüt yağı - nadir müalicəvi məhsul
4-08-2015, 17:05
Ən optimal məşq saatı nə vaxtdır?
17-07-2015, 14:24
Gürcüstanda “qara bazar“ biabırçılığı
24-10-2019, 20:02
Ərdoğan Avropa İttifaqını HƏDƏLƏDİ
22-07-2015, 11:54
Azərbaycanda döyülən polisin görüntüləri - VİDEO