Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda döyülən polisin görüntüləri - VİDEO
Tarix: 22-07-2015 | Saat: 11:54
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Azərbaycanda döyülən polisin görüntüləri - VİDEO
“Gətiriləndə Raminin vəziyyəti lap ağır idi”.

Göygöl rayonunda iki polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən döyülüblər.

Xeberaz.az APA TV-yə istinadən xəbər verir ki, hadisə iyulun 21-nə keçən gecə rayonun Çaylı kəndində qeydə alınıb.

Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar axşam Çaylı kəndinə gediblər. Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər gecə saat 12:00 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Həkim-travmotoloq Sahin Quliyev yaralılar barədə danışıb:

“Gətiriləndə Raminin vəziyyəti lap ağır idi. Huşsuz idi. Habilin də təpə və döş qəfəsi, sinəsi və digər hemotom travmalar. Vəziyyətləri orta ağır və kafidir”.

Qeyd edək ki, polis əməkdaşları aldıqları zədələr səbəbindən danışmaqda çətinlik çəkirlər və bu səbəbdən onlardan hələlik ətraflı ifadələr alınmayıb.

İlkin məlumata görə, polis əməkdaşları Çaylı kəndinə vətəndaşın şikayəti ilə bağlı gediblər. Onlara zor tətbiq edənlər isə elə barələrində polisə şikayət daxil olan iki şəxs - bir ailənin yeznəsi və qaynı olublar. Hadisənin təfərrüatları öyrənilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
15-02-2016, 12:47 Göygöldə meyit tapıldı

bütün xəbərlər
____ Instagram ___