Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtobus ahıl piyadanı vurdu

Bakıda avtobus ahıl piyadanı vurdu


26-10-2016, 16:25. Yazar: Xeberaz
Bakıda avtobus ahıl piyadanı vurdu


"BakuBus" MMC-nin avtobusu yaşlı qadını vurub.
"Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Belə ki, "BakuBus" MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.
"BakuBus" MMC-nin mətbuat xidmətindən fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: "Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb".
Faktla bağlı "BakuBus" MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır
Geri dön