Etibar Pirverdiyev: "Əhalinin işıq problemi olmayacaq"
Tarix: 20-10-2016 | Saat: 11:50
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib.
"Xəbəraz.az " xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında bildirib: "Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.
E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: "Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".
O, qeyd edib ki, qış mövsümündə əhalinin elektrik enerjisi ilə təminatında problem olmayacaq: “Hava şəraitinin kəskin dəyişməsi elektrik stansiyalarının və yarımstansiyalarının fəaliyyətinə təsirsiz ötüşmür: "Bir neçə gün öncə yağan aramsız yağışlar bəzi stansiya və yarımstansiyaların fəaliyyətinə təsir etdi".
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

17-08-2017, 17:01
Vücudumuz haqda BİLMƏDİYİMİZ 20 FAKT
4-06-2016, 22:23
"Bir aya torpağımızı azad edə bilərdik, imkan vermədilər"
29-08-2016, 22:26
20 il Quranla vuruşdu, sonda bütün elmi işlərini yandırdı...
18-05-2017, 12:51
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
18-09-2016, 17:16
Dünya ulduzları Bakıda toyda - FOTOLAR
9-06-2016, 13:24
İnternatda uşaqları kim zorlayıb…
21-04-2015, 12:35
Azərbaycanlı “vor zakonların” qəbir daşları – FOTO