Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Etibar Pirverdiyev: "Əhalinin işıq problemi olmayacaq"

Etibar Pirverdiyev: "Əhalinin işıq problemi olmayacaq"


20-10-2016, 11:50. Yazar: Xeberaz
Etibar Pirverdiyev: "Əhalinin işıq problemi olmayacaq"

Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib.
"Xəbəraz.az " xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında bildirib: "Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.
E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: "Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".
O, qeyd edib ki, qış mövsümündə əhalinin elektrik enerjisi ilə təminatında problem olmayacaq: “Hava şəraitinin kəskin dəyişməsi elektrik stansiyalarının və yarımstansiyalarının fəaliyyətinə təsirsiz ötüşmür: "Bir neçə gün öncə yağan aramsız yağışlar bəzi stansiya və yarımstansiyaların fəaliyyətinə təsir etdi".

Geri dön