Sumqayıt - Bakı qatarında problem: 2 manata bilet alıb ayaq üstə qaldılar
Tarix: 21-10-2021 | Saat: 09:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.
Biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb.
Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı - Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt - Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər. Belə aydın olub ki, məsul şəxslər bu məqamı nəzərə almadan biznes-klasdakı ümumi sərnişin sayını Bakı - Gəncə qatarındakı qədər götürüblər və daha artıq bilet satıblar.
Bələdçilər artıq məsələdən rəhbərliyin də məlumatlı olduğunu əlavə ediblər. Onlar problemin həll yolu kimi sərnişinlərə qaynar xəttə zəng etməyi məsləhət görüblər. Lakin biznes-klas çekləri sərnişinlərə qaytarılmayıb.
Qeyd edək ki, Sumqayıt - Bakı qatarında biznes-klas vaqonunda gediş haqqı 2 manat, adi vaqonda gediş haqqı isə 1 manatdır.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

14-12-2016, 00:49
Astroloji proqnoz - 14 dekabr
11-02-2022, 11:23
Bakıda yeniyetmə qızın üzünə sillə vuran şəxs haqda ŞOK MƏLUMATLAR: Digər xanımlara da... - VİDEO
11-07-2023, 12:15
Xaş yeyənlərə botoks lazım olmur - Məşhur həkim
24-07-2017, 16:49
Ər arvadını yatdığı yerdə öldürüb - Dəhşətli intiharın təfərrüatı + Foto
18-04-2015, 01:34
Təhsil alan bəzi tələbələr təqaüd deyil, maaş alacaqlar.
14-05-2016, 15:45
Bu gün Ərdoğanın qızının toyudur
1-06-2019, 15:19
Bakıda Polis Bölməsinin əməkdaşları vəkili döydülər
23-04-2018, 10:45
“Çelsi” finalda - Video
13-06-2015, 18:20
Emin Hüseynov ölkədən qaçdı