Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övlad tərbiyəsindəki beş açar
Tarix: 24-09-2016 | Saat: 11:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Övlad tərbiyəsindəki beş açar

Valideynlər adətən övladları onların sözünə qulaq asmayan zaman inciyir və narahat olurlar. Səbirlərini əldən verirlər və əsəbiləşirlər. Uşağın izzəti-nəfsi adətən onunla keçirdiyiniz vaxtın keyfiyyətindən asılıdır. Çox təəssüf ki, bu gün valideynlərin əksər hissəsi məşğuldur və övladlarına ayırmağa vaxtları çox azdır.

"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, uşaq əgər gün ərzində öz valideyni ilə keyfiyyətli zaman keçirməzsə, mümkündür ki, pis rəftar nümayiş etdirsin. Çünki belə düşünür ki, valideynin mənfi münasibəti diqqətsizlikdən daha yaxşıdır.
Ona görə də tərbiyədə əsas beş nöqtəyə işarə edəcəyik ki, valideynlər üçün çox zəruridir.

1. Övladınıza deyin: "Xahiş edirəm ki, sən özün qərar verəsən".
O zaman ki, övladınız bir iş üçün sizdən izn istəyir, ona deyin ki, qərarı öz öhdəsinə qoyursunuz və özü bu işin məsuludur. Misal üçün, əgər övladınız dostu ilə otağını dağıdır və səs salırsa, ona iki qərardan birini seçməyini söyləyin: "Ya sakit oynayırsınız, ya da bayıra çıxırsınız". Əgər beş dəqiqədən sonra yenə də səs salsalar, ona deyin: "Görürəm ki, ikinci təklifimi qəbul etmisən". Bu yolla övladınız necə rəftar etməyi və düzgün seçim etməyi öyrədəcəkdir.

2. "Səni sevirəm, ancaq pis rəftarını yox".
Əgər övladınıza nizam-intizamı öyrətmək istəyirsinizsə, ona daima necə çox istədiyinizi təlqin edin. Ancaq etdiyi pis işlərini bəyənmədiyinizi söyləyin. Ancaq o zaman ki, yaxşı iş görər, onu təşviq edib, tərifləyin. Misal üçün ona deyin: "Bacınla etdiyin gözəl rəftara görə çox şadam". Çalışın ki, övladınızın səhvləri qarşısında səbirli olasınız.

3."Kömək et ki, problemimi həll edim".
Əgər övladınız davamlı olaraq elə rəftar nümayiş etdirir ki, sizi əsəbləşdirir, özünüzü elə aparın ki, sanki hansısa bir məsələ sizi narahat edir. Sonra da ondan bu məsələni həll etmək üçün yardım istəyin. Ola bilsin ki, onu öz rəftarları ilə baş-başa qoyaraq, dəyişməsinə nail olarsınız. Bu zaman övladınız hiss edəcəkdir ki, ona hörmət edirsiniz. Enerjisini də daha faydalı işlərdə istifadə edə bilərsiniz.

4. İstəklərinizi övladınıza aydın şəkildə deməyə çalışın.
O zaman ki, övladınız əsəbidir, ola bilsin ki, düşünmədən bəzi sözlər demiş olsun. Misal üçün, səni çox istəmirəm və bu kimi. Bu zaman o, elə düşünür ki, bu yolla əsəbiliyini azalda biləcəkdir. Əslində agah valideyn övladına yardım etməlidir ki, bu qəzəbin səbəbini aşkar etsin. Misal üçün ona deyin: "Sən sirrini dostuna dediyin üçün narahatsan?". Bu zaman ona əsəbini necə kontrol edə bilməsini öyrtəmiş olarsınız.

5."Müxtəlif insanların müxtəlif ehtiyacları olar".
O zaman ki, övladınız sizin verdiyiniz qərara öz fikrini belə bildirir: "Sənin etdiyin ədalətli deyil!". Bu zaman həmin mövzunu ona aydın şəkildə izah etməyə çalışın. Ona izah edin ki, bir insan hər kəslə eyni cür rəftar edə bilməz, çünki hər kəsin özünəməxsus ehtiyacları və istəkləri vardır. Misal üçün övladınızın birinin eynəyə ehtiyacı vardır və siz ona eynək alırsınız. O birisinin isə ayaqqabısı kiçildiyi üçün ayaqqabı. Uşaq bunu başa düşməlidir ki, ona həm eynək və həm də ayaqqabı almaq olmaz. Çünki ehtiyacı olan şey - eynəkdir.



Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___