Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qoy Mehdiyev "arvyorka Ramiz" ləqəbinə aydınlıq gətirsin-ADİL ƏLİYEV
Tarix: 13-02-2022 | Saat: 02:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

Milli Məclisin sədr müavini Adil Əliyev bunları deyib:
“Ramiz Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub .Maraqlıdır, Ramiz Mehdiyevin hansısa millət vəkilinin seçilməsi və ya ümumilikdə seçkilərin nəticələrinə dair iradı var idisə, bunu Prezident Administrasiyasına rəhbər olduğu dövrdə niyə bildirmir və qarşısını almırdı? Axı seçki komissiyalarının formalaşmasında onun birbaşa iştirakı olub. Seçki nəticələrindən şikayətçi olan ayrı-ayrı namizədlərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Ramiz Mehdiyev isə radikal müxalifətin dili ilə demək istəyir ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Şəxsən öz adıma deyirəm ki, 2005-ci ildən bu yana parlament seçkilərində iştirak edirəm, necə seçildiyimi dairəmdə yaşayan soydaşlarımdan öyrənə bilər.  

Hər bir dövlət strukturu kimi parlamentin fəaliyyəti də tənqid oluna bilər. Ancaq illər boyu müxtəlif dövlət vəzifələrində çalışan birisinin Azərbaycanın qanunverici orqanına ləkə salmaq istəyini qətiyyətlə rədd edirəm. Cənab Mehdiyev tənqidçilərini bir-bir hədəf seçməkdənsə illərdir yığılan suallara cavab versin. Keçmiş illərdə internet üzərində xeyli populyarlıq qazanan “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin. Saxtakarlıqdan danışan birisinin vaxtilə eks-deputatlardan birinin ona diplomatda çatdırıldığı deyilən rüşvətlə bağlı suala cavab versin. O zaman məsələdən yayındı, heç olmazsa indi məsələnin mahiyyətində nəyin dayandığını ictimaiyyətə izah etsin. İzah etmirsə, demək, məsələnin aydınlaşdırılmasında marağı yoxdur. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə əvvəlcə əlbir olan, daha sonra ona tələ quran da həmin Ramiz Mehdiyev idi. Elşad Abdullayevin qardaşının müəmmalı itkisində, meyidinin tapılmaması ilə bağlı suallar bu gün də aktualdır. Bu hadisə ilə bağlı Türkiyəyə qaçırılan Sevinc Babayeva adlı şəxsin zəhərlənərək öldürülməsi, Daxili İşlər Nazirliyində reket yuvası yaradan Hacı Məmmədov və onunla əlbir olanlar haqqında da Ramiz Mehdiyevin gizli saxladığı xeyli mətləb var".


Xəbəri paylaş

4738 dəfə oxunub.

Digər xəbərlər
3-06-2018, 10:13 Cəbhədə silahlar susmur

bütün xəbərlər
____ Instagram ___