Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İngiltərədə koronavirusun yeni variantı sürətlə yayılır: Azərbaycana da gələcək?
Tarix: 09-08-2023 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Xəbər verdiyimiz kimi, İngiltərədə koronavirusun "Omicron” ştamının alt variantı olan və EG.5.1 kimi tanınan "Eris” virusu son vaxtlar yoluxmaların artmasına səbəb olub. Virusun simptomları burun axması, baş ağrısı, hərarət, boğaz ağrısı, yorğunluqdur. 

Bakıda da son vaxtlar bu simptomlardan şikayət edən insanların sayı artıb. 
Bəs, bu əlamətlər yeni ştam ola bilərmi?

Mövzu ilə bağlı  danışan həkim, professor Adil Qeybulla bildirib ki, pandemiyanın bitməsi hələ "SARS 2” virusunun ştamlarının tamamilə yoxa çıxması demək deyil:

"Nəzərə almaq lazımdır ki, pandemiya bitib. "Omicron"un mutasiya variantları isə davam etməkdədir. Bu da ayrı-ayrı yerlərdə xırda ocaqların əmələ gəlməsinə gətirib çıxarır. İngiltərədə də analoji vəziyyət var”.

Adil Qeybulla qeyd edib ki, "Covid-19”un yeni növünun yayılması pandemiyanın olacağı demək deyil:

"Bu gün həmin durum nəzarət altındadır. Əlbəttə orada çox dəqiq tədqiqatlar aparılır. Hər bir yoluxma halının hansı virus tərəfindən törədildiyi aşkarlanır. İngiltərənin özündə xəstələrə nəzarət və profilaktika üzrə dünyanın mötəbər mərkəzləri var, dəqiq izlənilir. Dünyanın bütün ölkələrində "Omicron"un mutasiya ştamlarına yoluxmalar davam edir. Ancaq bu pandemiyaya qayıda bilməz, pandemiya bitib”. 


Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___