Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR
Tarix: 24-08-2016 | Saat: 15:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR

Fransanın Nitsa şəhərində rüsvayçı olay yaşanıb. Şəhər çimərliyində uşaqları ilə birlikdə istirahət edən müsəlman qadına yaxınlaşan polis əməkdaşları onu zorla soyundurublar.

"Xəbəraz.az " xəbər verir ki, silahlı polislər qadını əynindəki "burkini"ni çıxarmağa məcbur ediblər. Burkini mömin müsəlman qadınların çimərlik paltarı bədəni örtən geyimdir. Üstəlik, müsəlman qadın "ictimai asayişi pozduğuna görə" 38 avro məbləğində cərimələnib.

Tuluza şəhərinin sakini olan 34 yaşlı Səyam Abdulla adlı müsəlman qadın polislərin bu davranışını "əxlaqsızlıq və irqçilik" adlandırıb.

"Artıq üç nəsildir ki, Fransada yaşayırıq, bu ölkənin vətəndaşlarıyıq. Heç çimmək niyyətində də deyildim. Sadəcə, ayaqlarımı suya salmaq istəyirdim. Silahlı polislərin başımın üstünü kəsdirərək belə davranmasını Fransa demokratiyası üçün rüsvayçılıq sayıram", - sabiq stüardessa S.Abdulla deyib.

Hadisənin şahidi, France 4 telekanalının məşhur jurnalisti Matilda Kuzin də hiddətlənib: "Bu polislərin qadına yaxınlaşdıqlarını, onu zorla soyundurduqlarını gördüm. Onlardan birinin əlində gözyaşardıcı qaz bombası vardı. Fransız olduğum üçün, Fransa vətəndaşı olduğum üçün utandım o anlarda. Qadın qızı ilə oturmuşdu və polislərin bu tərbiyəsizliyindən sonra hönkür-hönkür ağladı".

Kann və Nitsa şəhərlərində çimərliklərdə burkini yasaqlanıb. Bu qadağa Nitsa şəhərində 86 nəfərin ölümünə səbəb olmuş teraktdan sonra qəbul olunub.

Lacivərd sahildəki Le Pen Mirabo şəhərində isə yerli akvaparklardan birində əyinlərində burkini olan qadınların əyləncə məkanlarına girişi qəti qadağan olunub.

Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR

Müsəlman qadını çimərlikdə zorla soyundurdular – FOTOLAR


Xəbəri paylaş

1 1898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___