Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü
Tarix: 09-01-2023 | Saat: 14:22
Bölmə:Karusel / Hadisə | çapa göndər



Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində "VAZ 2107" markalı avtomobil "Mercedes Atego" markalı yük maşınına çırpılıb.

Nəticədə "VAZ"da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmmdə qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisəyə "VAZ 2107"nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.

Faktla bağlı araşdırmalar aparılır.




Xəbəri paylaş

2358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___