BNA: Açılış və bağlanış mərasimlərinə hazırlıq başa çatır
Tarix: 03-05-2017 | Saat: 09:26
Bölmə:Karusel / Gündəm / İdman / M2 | çapa göndər
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda istiqamətverici və məlumatlandırıcı lövhələr quraşdırılır.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq. Bununla bağlı, Agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib.
3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

6-02-2017, 17:11
“Həyatımda incəsənətdən elə şəxslər olub ki,..” - Müsahibə
29-09-2015, 14:08
MTN-nin tutduğu “İŞİD”çi gənclərin məhkəməsi başladı
11-04-2021, 14:58
"Bandotdel"dən ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO
29-01-2020, 20:14
Qızının başına qaynar su töküb yandırdı - VİDEO
2-04-2019, 14:29
Banklar şəhid ailələrinin kreditini siləcək
11-10-2018, 15:47
Tərtərdə gənc oğlan minaya düşdü, ayağı kəsildi - Bacısı aprel döyüşlərində həlak olub
13-07-2015, 10:58
Meymunla qovğa edən adamın sonu - VİDEO
13-03-2018, 12:22
Bu gün Novruzun Yel çərşənbəsidir
8-12-2015, 12:07
İktinlər üçün su altına aparatlar salındı - SON DƏQİQƏ