Moskva İrəvanın təklifini rədd etdi
Tarix: 21-05-2016 | Saat: 14:08
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya və Ermənistanın parlament komissiyalarının müdafiə və təhlükəsizlik üzrə iclasından sonra Dağlıq Qarabağla bağlı qalmaqal yaşanıb.
ANS-in məlumatına görə, aprelin 15-də keçirilən iclasdan sonra birgə bəyanat verilməsi barədə razılıq əldə olunub.
İclas İrəvanda keçirilib. Ermənistan nümayəndələri yenə təxribata əl ataraq öz xeyirlərinə olan bəyanat hazırlayıblar. Ruslara təqdim edilən bəyanatın mətninə Azərbaycanın aprelin əvvəlində Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsi ilə bağlı bənd də salınıb.
Ermənistanın “Aykakan jamanak" qəzetinin iddiasına görə, Rusiya nümayəndə heyəti bəyanatı qəbul etməkdən imtina edib və mətni digər siyasi partiyalarla razılaşdırmaq üçün vaxt istəyib. Amma iclasdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq Rusiya nümayəndələri Ermənistan tərəfinə heç bir məlumat verməyiblər.
Qəzetin verdiyi məlumata görə, komissiya sədri Koryun Naapetyan rusiyalı həmkarına bəyanatın qəbul edilməsi ilə bağlı məktub göndərib. Ancaq məktub bu günə qədər cavabsız qalıb.
Xəbəri paylaş
7708 dəfə oxunub.
Digər xəbərlər

16-06-2023, 11:00
Keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzdi - VİDEO
17-06-2019, 10:59
Astarada narkotik yetişdirən ər, arvad və qayın ifşa edildi
4-04-2016, 15:00
Moskva atəşi dayandırmağa çağırdı
4-12-2019, 11:47
İtkin düşmüş 66 yaşlı qadın tapıldı
6-01-2021, 15:01
Əliyev-Nikol görüşü: bu müzəkirə olunmalıdır - Video
1-09-2016, 17:20
Türkiyədə İŞİD-in kimyagəri tutuldu
9-02-2017, 02:27
Azərbaycanda yük maşını 3 nəfəri vurub - FOTO
25-09-2017, 10:23
Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR
4-02-2021, 22:15
İlham Əliyev jurnalistə yüksək vəzifə VERDİ