Ana Sayfa > Karusel / Dünya / M2 > Moskva İrəvanın təklifini rədd etdi

Moskva İrəvanın təklifini rədd etdi


21-05-2016, 14:08. Yazar: Xeberaz

Moskva İrəvanın təklifini rədd etdi

Rusiya və Ermənistanın parlament komissiyalarının müdafiə və təhlükəsizlik üzrə iclasından sonra Dağlıq Qarabağla bağlı qalmaqal yaşanıb.

ANS-in məlumatına görə, aprelin 15-də keçirilən iclasdan sonra birgə bəyanat verilməsi barədə razılıq əldə olunub.

İclas İrəvanda keçirilib. Ermənistan nümayəndələri yenə təxribata əl ataraq öz xeyirlərinə olan bəyanat hazırlayıblar. Ruslara təqdim edilən bəyanatın mətninə Azərbaycanın aprelin əvvəlində Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsi ilə bağlı bənd də salınıb.

Ermənistanın “Aykakan jamanak" qəzetinin iddiasına görə, Rusiya nümayəndə heyəti bəyanatı qəbul etməkdən imtina edib və mətni digər siyasi partiyalarla razılaşdırmaq üçün vaxt istəyib. Amma iclasdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq Rusiya nümayəndələri Ermənistan tərəfinə heç bir məlumat verməyiblər.

Qəzetin verdiyi məlumata görə, komissiya sədri Koryun Naapetyan rusiyalı həmkarına bəyanatın qəbul edilməsi ilə bağlı məktub göndərib. Ancaq məktub bu günə qədər cavabsız qalıb.
Geri dön