Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliyev-Nikol görüşü: bu müzəkirə olunmalıdır - Video
Tarix: 06-01-2021 | Saat: 15:01
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər


Görüşdə müzakirə ediləcək birinci məsələ erməni qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasıdır. Bu, yalnız bilavasitə Ermənistan silahlı qüvvələrinə deyil, de-fakto mövcud olmayan, lakin özünün var olduğuna inandırmağa çalışan qondarma “dqr”in qeyri-qanuni silahlı birləşmələrinə aiddir. Onların tərk-silah edilməsi və silahsızlaşdırılması mütləqdir.
 "Xeberaz.Az" xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar tarixində görüş keçiriləcəkləri haqqında Rusiya KİV-də yayılan məlumatı şərh edərkən deyib.
“Azərbaycan ərazisində erməni silahlıları olmamalıdır, yəni həmin silahlılar total şəkildə tərksilah olunmalıdır. Bu, əsas məsələdir və sülhün, əmin-amanlığın, regionun çiçəklənməsinin əsas şərtidir. Nəzarət “dqr”in tanınmamış liderlərinin əlində deyil, Rusiya sülhməramlılarının əlində olmalıdır. Onlar öz qanunsuz separatçı qurumlarından başqa heç kimi təmsil etmirlər. Yaraqlılar tərk-silah edilməli, onların bir qismi törətdikləri cinayətlərə görə beynəlxalq terrorçular kimi tanınmalıdır. Müharibə başa çatıb.
Bəli, Dağlıq Qarabağın statusu müəyyən olunmayıb, amma bu, Azərbaycanın ərazisidir, ona görə də silahlı ermənilər bu bölgəni tərk etməlidirlər. Bu insanlar Ermənistana getməli və ya Azərbaycanda etdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər. Xocalıda qətliam törədənlər, Azərbaycan əhalisinə qarşı soyqırım keçirənlər tez və ya gec mühakimə olunacaq, bu insanlar axtarışa verilməlidir, onları beynəlxalq prosedurlar çərçivəsində mühakimə etmək lazımdır”, – Korotçenko bildirib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin pasportlaşdırılması, onlara Azərbaycan pasportlarının verilməsi həyata keçiriləcək. Həmin insanlar Azərbaycan dilini öyrənməlidirlər ki, bundan sonra da yeni reallıqlara sülh yolu ilə uyğunlaşsınlar.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___