Qətlə yetirilən "Qızıl Məryəm" bu bizneslə də məşğul olurmuş
Tarix: 10-01-2016 | Saat: 09:50
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər
İki gün öncə Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən "Qızıl Məryəm" kimi tanınan iş adamı Məryəm Namidzadə barədə daha bir maraqlı fakt üzə çıxıb.
Məlum olub ki, mərhum biznes-ledi qızıl alverindən əvvəl çoxmərtəbəli binaların tikintisiylə məşğul olub. Hətta Azərbaycanda çoxmərtəbəli bina tikdirən ilk qadın olub. Bildirilir ki, M.Namidzadənin qətlə yetirildiyi ünvandakı binanı da bir zamanlar onun özü tikdiribmiş. Lakin sonradan tikinti sahəsində tələblərin artırıldığından o, qızıl biznesi ilə məşğul olmağa başlayıb.
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla qətlə yetirilib.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olması müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynov ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
Xəbəri paylaş
8888 dəfə oxunub.
Digər xəbərlər

13-01-2016, 14:11
Qız sevgilisinin cəsədi ilə evləndi
13-04-2015, 00:15
İNSAN NİYƏ AYAQ ÜSTƏ YATA BİLMİR
2-01-2016, 14:43
Vergidən gizlədilən obyekt və əmlaklar yeni üsulla tapılacaq
20-08-2016, 11:04
«Belim iki yerdən sınıb, ayaqlarım da sınıq-sınıqdır, qanqren sürətlənir. Şirkət nə yardım edir, nə kompensasiya ödəyir».
20-12-2016, 16:32
"Dedi ki, yer olsaydı, yarardıq" - VİDEO
28-11-2021, 13:13
Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI
29-12-2015, 10:50
Cəbhədən son xəbər
18-12-2016, 16:13
AZƏRBAYCANLI MÜĞƏNNİNİN 5 CAZİBƏDAR OBRAZI – FOTOSESSİYA