Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Whatsapp"da yeni funksiya: Mesajları qrup admininə göndərə biləcəksiniz
Tarix: 08-05-2023 | Saat: 09:46
Bölmə:Karusel / Texnologiya | çapa göndər

"WhatsApp qrup adminlərinə qrupları daha yaxşı idarə etmək üçün alətlər verəcək yeni funksiyalar üzərində işləməyə davam edir. 

 WhatsApp Beta yeniləməsini quraşdıranlar yeni funksiya aşkar ediblər.

Bu funksiya WhatsApp-a "menecer baxışı" adı ilə gələcək.

Aktiv edildikdə, qrup üzvləri müəyyən mesajları qrup admininə bildirə biləcəklər.

Bildirilən mesaj nəzərdən keçirmək üçün adminə göndəriləcək və admin uyğunsuz hesab etdiyi və ya qrup qaydalarını pozduğu mesajı qrupdakı hər kəsdən silə biləcək.

Dərc edilmiş ekran görüntüsünə görə, bu seçim qrup parametrləri bölməsində yerləşəcək. Buna görə də, yalnız qrup administratorları bu funksiyanı aktivləşdirə bilər.

Seçim aktiv edildikdən sonra qrup administratorları daxil olan şikayətləri nəzərdən keçirə və tədbir görə biləcəklər.

Qeyd edək ki, hələ inkişaf mərhələsində olan funksiya tamamlandıqdan sonra bütün Android WhatsApp versiyalarında qrup administratorları üçün əlçatan olacaq.




Xəbəri paylaş

1488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___