İlham Əliyevdən sərt xəbərdarlıq: Süni bahalaşmaya son qoyulmalıdır (VİDEO)
Tarix: 11-01-2016 | Saat: 09:35
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
"İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı suni şəkildə bəzi işbazlar qiyməti qaldırmaq istəyirlər. Müəyyən dərəcədə biz ərzaq məhsullarının idxalından asılıyıq. Hələ 100% özümüzü yerli istehsalla tam təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, həmin məhsullarda ümumiyyətlə qiymət artımı olmamalıdır".
Xeberaz.az-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar vəziyyətdən sui-istifadə etmək istəyirlər: "Suni bahalaşmaya son qoyulmalıdır. Burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz tək cərimələrlə də kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu məsələ işıqlandırılmalıdır ki, buna son qoyulsun", - deyə İlham Əliyev vurğulayıb.
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

7-05-2016, 21:08
İranın Suriyada itkiləri davam edir
30-08-2021, 11:24
“Berlin pub”da DAVA: Mühafizəçi müştərini döyərək öldürdü
4-09-2022, 11:55
Bu tarixdən hava kəskin dəyişəcək - Xəbərdarlıq
10-06-2017, 13:02
Dərmanların qəbulunda yol verilən 5 kobud səhv - FOTOLAR
25-09-2015, 01:32
4 ildir kəsə bilmədiyi qoyunu ilə səhər yeməyi yedi - VİDEO
2-08-2015, 13:28
Arvadını yataqda onu aldadarkən tutan adam - VİDEO
8-06-2016, 15:32
Banklara borcu olan 18 nəfər özünə qəsd edib - 3 ayda
10-06-2015, 19:21
Nazənin: "Təranə Qumralın ərimə intim mesajları..." — MÜSAHİBƏ+FOTOLAR
28-08-2023, 16:34
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ