Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə silah-sursat tapıldı - FOTO
Tarix: 02-01-2016 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Gəncədə silah-sursat tapıldı - FOTO
Hər iki faktla bağlı araşdırma aparılır.

Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Zeynalov Xəqani Əsgər oğlu Gəncə şəhər Atatürk prospektində şübhəli şəxs kimi saxlanılıb.

Xəbəraz.az-ın Report-a istinadən məlumatına görə, şöbədə onun üzərinə baxış keçirildiyi zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb.

Əvvəllər də Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə məhkumluq həyatı yaşamış X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən, evdən 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, üzərində olan sandıqca və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.

Bundan başqa Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlalov Xaliq Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.

X.Cəlalov əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Gəncədə silah-sursat tapıldı - FOTO
Gəncədə silah-sursat tapıldı - FOTO
Gəncədə silah-sursat tapıldı - FOTO


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
5-05-2018, 13:11 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___