Diqqət: Sabah mərkəzi küçələr bağlanacaq
Tarix: 09-05-2016 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Mayın 10-da Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Fəxri Xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək: “Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşviq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”.
V.Əsədov bildirib ki, sabah səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: “Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər”.
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

8-07-2016, 13:34
İlham Əliyevin Varşavada Qarabağ danışıqları
18-06-2021, 22:59
Kişi qarın ağrısıyla ayaqyoluna girdi, qucağında uşaqla çıxdı - FOTO
10-06-2015, 14:39
Bakı 2015-in Açılışından yeni görüntü (VİDEO)
29-12-2021, 10:42
Qardaşını öldürdü, arvadını yaraladı - Saatlıda dəhşətli hadisə
20-03-2019, 16:59
Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi
18-05-2019, 19:13
Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisənin qurbanı oldu
10-05-2016, 12:38
İmamverdi Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib
11-07-2016, 10:52
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
22-05-2015, 02:04
İki mərtəbəli ev yandı
29-05-2017, 16:53
Xoşqədəm xərçəng xəbərini tennisdə öyrəndi...