Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beş ölkə İrandan kompensasiya tələb edir
Tarix: 17-01-2020 | Saat: 09:09
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya | çapa göndər

Beş ölkə İrandan kompensasiya tələb edir

Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.
"Xeberaz.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici işlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib. “İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib.

Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.


Xəbəri paylaş

4508 dəfə oxunub.

Digər xəbərlər
24-03-2019, 14:44 Abşeronda "Shacman" yandı

bütün xəbərlər
____ Instagram ___