Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya > Beş ölkə İrandan kompensasiya tələb edir
Beş ölkə İrandan kompensasiya tələb edir17-01-2020, 09:09. Yazar: Xeberaz |
Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər. "Xeberaz.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici işlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib. “İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib. Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb. Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. Geri dön |