Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
12 şəhidimizə qarşılıq 100 erməni vuruldu
Tarix: 02-04-2016 | Saat: 17:57
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

12 şəhidimizə qarşılıq 100 erməni vuruldu
12 şəhidimizə qarşılıq 100 erməni vuruldu Bölmə : CəmiyyətYayım tarixi : Bu gün [16:57]Baxılıb : 17038 dəfə
Cəbhə bölgəsində aprelin 2-i gecə saatlarından başlayan şiddətli atışmalar nəticəsində düşmənin 100-ə yaxın əsgəri ölüb və yaralanıb. Ordumuz 12 şəhid verib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.


Xəbəri paylaş

8878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___