Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
“Dostluq-V MMC” - uğurla fəaliyyət göstərir!
Tarix: 18-05-2017, 15:43 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər





Son illər ölkəmizdə Neft sektorunun inkişafı ilə yanaşı Qeyri-neft sektorunun da inkişafı , dövlət başçımız cənab İlham Əliyevin xüsusi olaraq diqqət mərkəzindədir. Dünya bazarına çıxarılan qara qızılın insan kapitalına çevrilməsi , daxili və xarici ticarət əlaqələrinin sürətlə geniş miqyas alması , yeni-yeni sənaye və Tikinti müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının Dünya iqtisadi sisteminə inteqrasiyasından xəbər verir. Respublikamızda müxtəlif Tikinti şirkətləri adı altında fəaliyyət göstərən Sahibkarlara dövlət dəstəyinin hökumət tərəfindən yaradılması, Onlara güzəştli şərtlərlə kreditlərin verilməsi ölkəmizdə qeyri-neft sektorunun bir qolu sayılan Tikinti bumunun da inkişafına təkan verir.
Hələ Sovetlər dönəmində fəaliyyət göstərən , lakin müasir dövrün tələblərinə cavab verməyən İripanelli Evtikmə Kombinatlarının tikdiyi müxtəlif layihəli ( Stalin, Lenin, Xruşov layihəli ) binalar bugün artıq öz istismar müddətini başa vurmaqla yanaşı, ilbəil müasirləşən paytaxt Bakının və respublikamızın hər bir şəhər və rayonlarında yeni olan , başqa sözlə gözoxşayan mənzərəni yaratmağı zəruri tələbata çevirir.
Elə bu baxımdan da ölkə əhalisinin yaşam tərzinin yeni, müasir formada daha təhlükəsiz olaraq , ən əsası Tikinti norma qaydalarına uyğun olaraq tikilib istifadəyə verilməsi bugün müstəqil dövlətimizin prioritet mövzularndan biridir. Bu cür təqdirəlayiq, ölkə vətəndaşlarının sosial həyat tərzinə uyğun olaraq həyata keçirilməsi, dövlət başçımızın bu istiqamətdə mənzillə bağlı Pilot layihə adı altında həyata keçirilməsilə davam etdirilir.
Media olaraq biz bu layihələrin necə yerinə yetirilməsini yaxından tanış olub işıqlandırmaq üçün bu dövlət layihəli hər hansı bir tikinti inşa işləri aparılan məkana üz tutmaq istədik . İlk gedəcəyimiz ünvan isə məhz paytaxt Bakının Nərimanov rayonu ərazisində, məlumat lövhəsində “Dostluq-V” MMC Tikinti şirkətinə məxsus, çoxmənzilli yaşayış binasının inşası aparılan yer oldu. İlk öncə burada təşkil olunmuş iş şəraitinin olduqca qənaətbəxş durumda olduğunun şahidi olduq. Beləki, tikinti sahəsi müvafiq qaydada mühafizə lentləri və xəbərdaredici plakatlarla, o cümlədən, ən əsası burada çalışan, tikinti –inşa işlərini aparan çoxsaylı fəhlə və mühəndis- texniki heyət, onlar üçün bu sahədə çox vacib hesab edilən fərdi mühafizə vasitələri və işçi-geyim dəsti ilə təchiz olunmaları, həmçinin ayrı-ayrı təşkil edilmiş işçi briqadaların, Əməyin texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq Jurnallara təlimatlandırılaraq imza atmaları “Dostluq- V” MMC rəhbərliyinin, buraya iş icraçısı qismində təyin olunmuş Rüzgar müəllimin bu işlərdə üzərinə düşən vəzifələrin təqdirəlayiq olaraq həyata keçirilməsindən xəbər verdi.
Tikinti- inşa işlərinin aparıldığı obyektin hər bir hissəsində çalışan müxtəlif işləri yerinə yetirən fəhlələrə, işçi briqadalarına yüksək ixtisaslı kadrlardan təşkil olunmuş Mühəndis- Texniki heyətin vaxtaşırı olaraq nəzarəti, burada aparılan işlərin uğurla davam etməsi anlamını meydana çıxartmış oldu. İşçilərlə aparılan sorğu zamanı da bunun əyani sübutu kimi bizə bildirdilər ki, Tikinti rəhbərliyi, əmək şəraiti vəziyyətini hava şəraitinə uyğun olaraq həyata keçirtməklə, habelə tikinti işlərinin digər peşə sahəsindən ağırlıq dərəcəsi nəzərə alınmaqla onlara müəyyən edilmiş vaxtlarda fasilələr verməklə, vaxtaşırı olaraq çay içmələrinə, həmçinin müəyyən edilmiş nahar fasiləsinə vaxtlı –vaxtında çıxmalarına əlverişli şərait yaradır. Bir sözlə, bütün bunlar, öz növbəsində bucür yaradılmış əmək şəraiti , burada çalışan çoxsaylı işçilərin razılığına səbəb olmuşdur.
Biz də, sonda bir daha gördüyümüz iş şəraitini Xeberaz.az İnformasiya agentliyi olaraq bu işləri həyata keçirən “ Dostluq- V” MMC –nin rəhbərliyinə, bu çətin, lakin çox şərəfli işlərdə bundan sonra da aparılacaq işlərdə yeni-yeni nailiyyətlər, uğurlar əldə etməyi arzulayırıq.
“Xeberaz.az” üçün hazırladı: Xəyyam Qurbanlı.

2 0338 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___