Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub.
Tarix: 06-04-2015 | Saat: 13:18
Bölmə:Hadisə | çapa göndər

Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub.
Digər iki nəfər də yaxalanıb.

Xeberaz.az xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi Möhübbət Hüseynovun APA-ya verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində 4 naməlum şəxs Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi döyərək onlardan 1400 manat pul alıb.

ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da hadisəni törətməkdə şübhəli bilinən Lənkəranın Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar. Polis rəisi bildirib ki, Lənkəran rayonu ərazisində mart ayının 31-də keçirilən əməliyyat zamanı hadisədə iştirak edən digər iki nəfər - Ələsgər Rahim oğlu Həsənzadə və Seyidağa Böyükağa oğlu da yaxalanıb.

M. Hüseynov bəzi Kütləvi İnformasiya Vasitələrində həmin şəxslərin deputat Hadi Rəcəbliyə məxsus “Palıdlı Sahil” restoranında saxlandığı barədə yayılan məlumatları təkzib edib.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___