Ötən gün Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif olunub.
Bu barədə Lalə Bağırova "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində bu hadisənin şahidi olub.
"Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.
Bizim uşaqlar bildirəndə ki, "biz bilirik bunlar nədi", - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndi. Bir sözlə uşaqlar çox pis bir təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər.
Öz aralarında isə danışırlarmış ki, uşaqları basıb maşına aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib.
Çalışaq evdə azyaşlı uşaqlarımıza belə başa salaq-heç kimsədən nəsə almasınlar. Çalışaq uşaqlarımızı qəti nəzarətsiz buraxmayaq. AAAF Parkda digər kameralar da var. Xahiş edirik, bu məsələ təcili araşdırılsın", - deyə Lalə Bağırova bildirib.
Bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ araşdırılacaq.
"Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır", - deyə qurum rəsmisi bildirib.
Xırdalanda küçədə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi - FOTO
Tarix: 12-08-2021 | Saat: 10:54
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
5098 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-08-2021 | Saat: 10:54
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-03-2015, 20:22
Metroda baş verən terror aktından 21 il ötür
28-07-2015, 22:57
“Generalın oğlu” ilə bağlı rəsmi açıqlama
21-04-2022, 11:59
"Hücumu qadağan edirəm, elə edin ki, milçək də uçmasın" - Putin
7-03-2020, 02:47
Prezidentin irad bildirdiyi xəritələr haradan götürülüb? - AÇIQLAMA
30-10-2019, 13:04
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏK
29-04-2018, 14:56
Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”
28-07-2015, 10:59
Türkiyədə mayor öldürüldü (VİDEO, FOTO)
10-10-2017, 10:36
Meyvələrin üstünə limon suyu sıxsanız...
11-01-2018, 19:26
İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb
14-12-2015, 10:36
Heyvanları şikəst edənlər böyük məbləğdə cərimələnəcəklər