Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağa Mənəvi Qayıdış
Tarix: 01-03-2022 | Saat: 16:05
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Foto-fakt / Müsahibə / Gənclərimiz | çapa göndər

 Azərbaycan mədəniyyətinin mərkəzi, döyünən ürəyi Qarabağımızın sənət dünyasının illər sonra yenidən inkişaf 
etməsi, ölkədə və dünyada tanıdılması üçün bir çox layihələr 
hazırlanıb. Qarabağ haqqında hazırlanan hər bir layihə və 
keçirilən tədbirlər sayəsində milli mədəni irsin verdiyi töhvə onun 
qorunması ilə yanaşı gələcək nəslə ötürülməsinə bir addımdır.
“Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi “Qarabağa Mənəvi 
Qayıdış” adlı layihəsinə Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə 
yardımı ilə start verildi. Layihə torpaqlarımızın azadlığı uğrunda 
canını fəda edən Şəhidlərimizin əziz xatirəsinə həsr edilir. Birinci 
Qarabağ müharibəsi Şəhidi Paşayev Məşədi Ayaz Arif oğlu, 
ikinci Qarabağ müharibəsi şəhidləri Mayor Paşayev Elsəvər
Vaqif oğlu (təlimlərdə şəhidin övladı iştirak edir), Şıxızadə Tural 
Ətraf oğlu, Əliyev Fərid Hamlet oğlunun xatirəsi anılır.
Layihədə Qarabağa aid milli geyimlər, toxuma və 
muncuqlar vasitəsilə zərgərlik məmulatlarının hazırlanması 
öyrədilir. Layihənin həyata keçirilməsində Bacarıqlı Əllər 
Dünyası İctimai Birliyinin rəhbəri Azadə Məmmədova və 
müəllimlər Zəhra Xələfova, Səbinə Quliyeva və Rahim Rzayev 
həvəslə çalışırlar. Dərslərdə Qarabağın sənət dünyasından incilər 
öyrədilməklə yanaşı geniş məlumatlar da verilir.
Layihə 3 (üç) ay müddətində həyata keçiriləcək. Sonda 
iştirakçılara layihənin adını daşıdığı Şəhid ailələrinin iştirakı iləsertifikatlar təqdim olunacaq.
Layihədə iştrak edənlər əlilliyi olan fiziki məhdudiyyətli gənclər, az təminatlı ailələrin üzvləri, şəhid və qazi ailələrinin
uşaqları iştirak edir.
Gənclərin maariflənməsi məqsədilə hazırlanan layihələr
uğurlu və davamlı olsun!


Xəbəri paylaş

5108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___