Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-ın qorxulu röyası Jubadan xəbər var
Tarix: 23-03-2015 | Saat: 10:14
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

ABŞ-ın qorxulu röyası Jubadan xəbər var

raq işğalı zamanı 645 ABŞ əsgərini öldürdüyü iddia edilən "Juba" ləqəbli iraqlı snayper haqqında yeni məlumatlar yayılmağa davam edir. ABŞ əsgərlərinin uzun illər qorxulu röyasına çevrilən "Juba" ləqəbli əsgərin öldürüldüyü iddia edilir.

Əsl adı və şəxsi həyatı heç kimə məlum olmayan "Juba" əslində kimdir?

"Bağdat ovçusu" adı ilə də tanınan "Juba" 645 ABŞ əsgərini öldürüb. Öldürdüyü əsgərlərin videosunu çəkib internetə yükləyən "Juba", qatil olmadığını deyirdi. Jubanın ilk videosu isə 2005-ci ildə internetə yüklənib. Daha sonra isə o internetə yüzlərlə video belə yükləyib. İnternetə yüklənən dəhşətli görüntülərdən məlum olur ki, "Juba" yalnız 1 dəfə atəş açır.

ABŞ əsgərləri onu heç vaxt görmədilər. Sadəcə adını eşitdilər. Hal-hazırda 33 yaşında olan İraqda xidmət etmiş ABŞ vətəndaşı Travis Burressin sözlərinə görə, "Juba" adı onların heç vaxt yadından çıxmayacaq: "O həmişə bizim ağlımızın bir köşəsində idi. Yalnız 1 dəfə atəş açılardı və 1 əsgər mütləq ölər və ya ağır şəkildə yaralanırdı."

"Juba" o qədər məşhur oldu ki, hətta oun adına kitablar da yazıldı. Bunlardan biri də gənc yazar Hasan Dumanın yazdığı "Juba və şeytanlar" kitabı oldu. Hasan Duman kitabın o qədər də asan ərsəyə gəlmədiyini bildirib. Bunun əsas səbəbi isə onun haqqında məlumatın az olmasıdır. Hasan Duman və digər yazarların, araşdırmaçıların onun haqqında müxtəlif fikirləri var. Bəzilərinə görə o bir İsrail agenti, bəzilərinə görə torpağını sevən sadə bir iraqlı, bəzilərinə görə isə xüsusi təlim keçmiş bir İran əsgəridir. Onun haqqında hər il ölməsi barədə məlumatlar yayılır. Lakin "Juba"nın harda olması və ya ölməsi barədə rəsmi məlumat yoxdur. Onun haqqında yüzlərlə iddia var. İddialardan birinə görə "Juba" 2009-cu ildə öldürülüb. Lakin onun 2008-ci ildə bir çox iraqlıya təlim keçdiyi və həmin əsgərlərin də "Juba" ləqəbi ilə fəaliyyət göstərdiyi bildirilir.

Kimlər üçün işlədiyi dəqiq bilinməyən "Juba" isə özü haqqında bunları deyib: "Qatil deyiləm, insanları öldürməkdən xoşum gəlmir. Lakin işğal etdiyiniz ölkəmi müdafiə edirəm. Sizin snayperin 14 yaşlı Şeymanı öldürməsini heç vaxt unutmayacağam. Ölkəmizə ziyarət üçün gəlsəydiniz sizi öz ölkənizə gülə-gülə yola salardıq. Amma ölkəmizi işğal etdiyiniz üçün sizə yazaştdıqlarınızın eynisini yaşadacayıq. Analarımız öldürülən oğulları üçün ağladılar. Sizin də analarınız ağlayacaq. Hədəfdən yayınmayacağıma söz vermişəm. Övladını itirən hər ana üçün 1 güllə


Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___