Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Foto-fakt / Müsahibə / Gənclərimiz > Qarabağa Mənəvi Qayıdış
Qarabağa Mənəvi Qayıdış1-03-2022, 16:05. Yazar: Xeberaz |
Azərbaycan mədəniyyətinin mərkəzi, döyünən ürəyi Qarabağımızın sənət dünyasının illər sonra yenidən inkişaf etməsi, ölkədə və dünyada tanıdılması üçün bir çox layihələr hazırlanıb. Qarabağ haqqında hazırlanan hər bir layihə və keçirilən tədbirlər sayəsində milli mədəni irsin verdiyi töhvə onun qorunması ilə yanaşı gələcək nəslə ötürülməsinə bir addımdır. “Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi “Qarabağa Mənəvi Qayıdış” adlı layihəsinə Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə start verildi. Layihə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsinə həsr edilir. Birinci Qarabağ müharibəsi Şəhidi Paşayev Məşədi Ayaz Arif oğlu, ikinci Qarabağ müharibəsi şəhidləri Mayor Paşayev Elsəvər Vaqif oğlu (təlimlərdə şəhidin övladı iştirak edir), Şıxızadə Tural Ətraf oğlu, Əliyev Fərid Hamlet oğlunun xatirəsi anılır. Layihədə Qarabağa aid milli geyimlər, toxuma və muncuqlar vasitəsilə zərgərlik məmulatlarının hazırlanması öyrədilir. Layihənin həyata keçirilməsində Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin rəhbəri Azadə Məmmədova və müəllimlər Zəhra Xələfova, Səbinə Quliyeva və Rahim Rzayev həvəslə çalışırlar. Dərslərdə Qarabağın sənət dünyasından incilər öyrədilməklə yanaşı geniş məlumatlar da verilir. Layihə 3 (üç) ay müddətində həyata keçiriləcək. Sonda iştirakçılara layihənin adını daşıdığı Şəhid ailələrinin iştirakı iləsertifikatlar təqdim olunacaq. Layihədə iştrak edənlər əlilliyi olan fiziki məhdudiyyətli gənclər, az təminatlı ailələrin üzvləri, şəhid və qazi ailələrinin uşaqları iştirak edir.
Gənclərin maariflənməsi məqsədilə hazırlanan layihələr
uğurlu və davamlı olsun!
Geri dön |