Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağ qazisini qəbul etməyən və yad qadına milyonluq villa bağışlayan Siraqəddin Cabbarov... - Sıraqəddin Cabbarov problemlərini kimlər ört-basdır edir?...
Tarix: 13-09-2022 | Saat: 11:51
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Xəbəraz TV | çapa göndər





Səni aparmağa  gəlirlər, Siraqəddin Cabbarov, hazır ol... Bir  müddət  əvvəl  ölkə mediasında  icra başçılarından birinin, deyilənlərə görə,  Sabirabadın icra başçısı Siraqəddin  Cabbarovun  bir xanıma milyonluq villa bağışlaması ilə bağlı  müzakirələr getdi. Hətta müzakirələrə  qatılan tanınmış alim, Əməkdar müəllim  Rəşid Mahmudov  öz çıxışında maraqlı məqamlara toxundu. Və dedi ki, görəsən, icra başçısı niyə öz həyat yoldaşına deyil, yad bir  xanıma  milyon dəyərində villa bağışlayır..? Görəsən icra başçısı  bu milyonları haradan qazanıb..? Ən dəhşətlisi isə odur ki, yad bir xanıma  milyonluq villa bağışlayan  icra başçısı Siraqəddin  Cabbarov  müzakirələrdən bir müddət qabaq  Qarabağ  qazisi Elvin Cabbarovu  günlərlə qəbul etmədiyi üçün  qazi özünü yandırarq  ölmüşdür. Bax həmin vaxtlar haqlı olaraq vətəndaşlar soruşurdu ki, bir gözəlçəyə  villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini niyə qəbul etmək istəmir ? Qazilər yazır ki, bu adam niyə bizə bu qədər nifrət edir ? Bəlkə qohumlarını öldürmüşük..? 
Təsəvvür edirsiniz  Qarabağ uğrunda  canından keçən qazini qəbul etməyən məmur  hansısa təsadüfi qadına villa hədiyyə edir. Sözün düzü, bu milyonluq villa söhbəti  diqqətimizi cəlb etdi. Və Siraqəddin Cabbarovun ömür yoluna, yəni tərcümeyi-halına nəzər salmalı olduq. Deməli, Siraqəddin Cabbarov düz 19 il Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. Aha, deyəsən  hədəfə yaxınlaşırıq. Bəli, böyük bir rayonda mənzil bölgüsünə baxan adam üçün hansısa qadına  mənzil, ev, yaxud villa  bağışlamaq nə çətin məsələdir..? Adam mənzil növbəsinə durmaq üçün Siraqəddin müəllimi “görməli”, sonra  növbədə “qabağa düşmək”  üçün onun təzədən “görməli”, mənzili alanda isə əməlli-başlı “görməli”dir. Təsəvvür edirsiniz, dövlət vəsaiti ilə başa gələn mənzili vətəndaşa, şəhid ailəsinə, qaziyə  vermək üçün  Siraqəddin  Cabbarov  nələr pul almayıb. Bəli, Siraqəddin Cabbarov Binəqədidə  icra başçısının  müavini olanda  təkcə kimlərəsə villa hədiyyə etməyib, həm də rayon ərazisindəki avtobus marşrutlarının satılmasına da “xozeynlik” edib, hətta özünün də  xeyli sayda avtobus marşrutu olub. İndi bildinizmi,  hansısa gözəlçəyə  villa bağışlamaq söhbəti havadan düşməyib. Düzdür, biz  əlimizdə fakt olmadığı üçün qəti söz demirik. 
Amma... Əmması odur ki, əlahəzrət məntiq deyir ki, bu boyda pulların  qarşısında  bir villa bağışlamaq, dənizdən bir damcı götürmək kimidir. Ən maraqlısı odur ki,  cənab icra başçısı bu boyda ittihamlara qarşı  səsini də çıxartmır. Deməli susursa... 
Bəli, Binəqədidə mənzilləri, avtobus  marşrutlarını sata-sata Siraqəddin Cabbarov günün birində, daha dəqiq desək,  2008-ci ildə   Saatlının  icra başçısı olub. Bəli, əslən İmişlidən olan  Siraqəddin Cabbarov o zamankı PA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkəni, anası İmişlidən olan deputat İlham Əliyevin qohumudur. 
Yəni Siraqəddin Cabbarov  birbaşa  Ramiz Mehdiyevin kadrıdır. Siraqəddin  Cabbarov təkcə Ramiz Mehdiyevin kürəkəni ilə deyil, həm də o zamankı bəzi vəzifə sahibləri ilə də çox  yaxın münasibətdə olub.
Bu hələ harasıdır ? 
Qarabağ qazisi, bütün ölkəyə müraciət edir ki, icra başçısı Siraqəddin Cabbarov məni döydü...məni intihar həddinə çatdırdı... Siraqəddin Cabbarov dövlət başçısının Saatlıya ayırdığı 10 milyonları mənimsəyib. Dövlətin 350 imkansız şəxsə ayırdığı maaş kartları kimlərin cibindən çıxıb..? Siraqəddin Cabbarov iki ildir ki, Saatlıdakı əməllərini Sabirabad sakinlərinin başına açır. Həmişə ağzı  söyüşlə açılan icra başçısı utanıb-qızarmadan  intiharına səbəb olduğu  Qarabağ qazisinin yas məclisinə gəlib. 
Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki... Amma bütün bunlara baxmayaraq hər qərarın dəqiq  vaxtını bilən cənab Prezident  yəqin ki, Siraqəddin Cabbarova yaxın zamanda layiq olduğu yeri göstərəcək.
P.S. Sıraqəddin Cabbarovu müdafiə edən şəxslər onun məsələsinin yaddan çıxmasını gözləyirlər.

MƏNBƏ;https://gundelik-baku.com/






Xəbəri paylaş

7928 dəfə oxunub.

Digər xəbərlər
26-08-2015, 15:42 Bu günə olan məzənnə

bütün xəbərlər
____ Instagram ___