Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
13 SAYLI ŞİRVAN DƏDRX İdarəsi- Məhkəməni saymadı...
Tarix: 15-02-2022 | Saat: 18:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Şirvan şəhərində yerləşən Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 13 saylı ərazi idarəsinin rəhbərliyi, daha dəqiq, idarənin hüquqşünası Əsədulla bəy Məhkəmə orqanını saymayaraq cavabdeh üzrə təyin olunmuş işə baxılması üçün 15fevral 2022ci il tarixdəki məhkəməyə saymazlıq edib gəlmədi. İşüzrə maraqlı şəxs olan Şirvan şəhər REAL mağazalar şəbəkəsinin rəhbəri Əliqismət Qafarov da özünü xəstəliyə vuraraq teleqramla Məhkəməyə gəlmədi. 
Qeyd edək ki, Qafarovlar ailəsi Şirvan şəhər Əzizbəyov küç 38 ünvanındakı 45 saylı evin miras bölgüsü ilə əlaqədar həmin evə dair Çlxarış sənədinin 13 saylı DƏDRX idarə tərəfindən məcburi tərtib olunmasının əleyhinə olduqlarından 5 ildir ki sözügedən məhkəmə çəkişməsində artıq son mərhələdə açıq aşkar onların bu məsələdə iddiaçı olan bacıları Qafarova Cəmilə Ağaşirin qızına miras payının evin bölünməsindən bərk narahat qalaraq hər vəchlə məhkəmədən yayınmağa çalışır.
İşi icraata götürən Şirvan inzibati məhkəmə hakimi Samir Həsənov , iddiaçının nümayəndəsinə bugünkü prosesdə tərəflərin iştirak etməməsinə bucür açıqlama verdi: " hörmətli iddiaçı Qafarova Cəmilə, o şəxslərin məhkəmə prosesinə gəlməməyi, onlarçün çıxış yolu deyil, gec- tez hüququnuz olan ata mülkündən miras payına sahib olacaqsınız, Divar qurtarandan sonra bunlar nədən tuta tuta gedəcəklər? Odur ki mən növbəti prosesdə ədalətli qərarımı çıxaracayam, onlar yəni Qafarov Əliqismət sizlə barışıb yola getməlidirlər, qanun hamı üçün bərabərdir!."
Sadəcə olaraq bu məsələdə heçbir səbəb gətirmədən Məhkəməyə gəlməyən 13 saylı ŞİRVAN DƏDRX idarə hüquqşünası Əsədulla bəyin Ədliyyə orqanına saymazlığı , hesab edirik ki, işi gecikdirdiyinə görə Ədliyyə nazirliyinin Məhkəmə Hüquq şurasında baxılaraq etdiyi hörmətsizliyə görə layiqli cəzasını alacaq! Çünki biz cənab Fikrət Məmmədovun ədalət prinsipinə yüksək əməl olunaraq fəaliyyətini təqdirəlayiq hal kimi şahidi olmuşuq. İnanırıq ki , bu məsələni də şəxsi nəzarətinə götürməklə iddiaçı Cəmilə Qafarovaya bir ana fəryadını eşidərək kömək edəcəkdir.
Xatırladaqki növbəti prosesi hakim Samir Həsənov 04 aprel, saat 16:00-a təyin etdi.

Xəbəraz.az : Xəyyam Qurbanlı.


Xəbəri paylaş

3848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___