Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəblilərin qiraət müsabiqəsinə start verildi
Tarix: 06-12-2016 | Saat: 00:06
Bölmə:M / Karusel / Təhsil / Gənclərimiz | çapa göndər

Məktəblilərin qiraət müsabiqəsinə start verildi
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə reallaşan“Məktəbli Gənclərin Qiraət Müsabiqəsi” layihəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihə-lərin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşdü. Sonra la-yihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin mərhələləri. Iştrakçılar qarşısında qoyulan başlıca tələblər, müsabiqə şərtləri və müsabiqədə qiymətləndirmə metodologiyası barədə konfrans iştrakçılarına ətraflı məlumat verdi.Qeyd olundu ki, artıq müsabiqədə iştrak etmək istəyəmlərin müraciətləri başlanıb. Müraciətlərin qəbulu 2017-ci il yanvar ayının 10-dək davam edəcək. İlkin seçimdən sonra müsabiqədə iştrak etmək hüququ qazanan məktəblilər münsiflər heyəti qarşısında çıxış edəcək və onların aldıqları qiymətlər əsasında qaliblər müəyyənləşdiriləcək. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Diplomları ilə mükafatlandırılacaq.
Sonda tədbirdə iştrak edən məktəblilərin, onların valideynlərinin və müəllimlərin sualları cavablandırıldı.

Layihənin rəhbərliyi.



Bakı şəhəri BMM 05 dekabr 2016-cı il

1. Giriş sözü – “Məktəbli Gənclərin Qiraət Müsabiqəsi”
layihəsinin rəhbəri Binnətli Etibar.
2. Müsabiqənin keçirələcəyi vaxt, yer və şərtləri barədə məlumatın
Layihənin ekperti Təhmasib Novruzov.
3. Sual – cavab.
4. Çıxışlar.
5. Mətbuat konfransına yekun vurulması.


Xəbəri paylaş

8568 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 19:32 Sabah saat 23.59.59-da...

bütün xəbərlər
____ Instagram ___