Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saleh Məmmədov yeni körpünün istifadə veriləcəyi tarixi AÇIQLADI
Tarix: 19-12-2019 | Saat: 08:49
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər

Saleh Məmmədov yeni körpünün istifadə veriləcəyi tarixiAÇIQLADI

Samur çayı üzərindəki körpünün açılışı cari ilin dekabrın 24-də olacaq.
"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov AZTV-nin "Hədəf" verilişində bildirib.
Onun sözlərinə görə, bu il Samur çayı üzərində yeni bir körpünün tikintisi başa çatdırılıb: "1947-ci ildə müvəqqəti dəmir konstruksiyalar ilə Samur çayı üzərində tikilmişdi. Bu körpünün eni 7 metr idi və Azərbaycan ilə Rusiyanı birləşdirirdi. Biz onun yerinə 325 metr uzunluğa, 17,5 metr enə malik olan beton körpü tikdik. Körpünün açılışı dekabrın 24-də nəzərdə tutulur".
Xatırladaq ki, körpünün tikintisi ilə bağlı layihəni Azərbaycan ilə Rusiya maliyyələşdirib.
Körpünün kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub. Onun eni isə 3,75 metrdir.


Xəbəri paylaş

4858 dəfə oxunub.

Digər xəbərlər
2-10-2016, 12:41 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___