Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Xoşdur gülüşün" gül - NİCAT SƏMƏDOV
Tarix: 29-08-2016 | Saat: 01:31
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

"Xoşdur gülüşün" gül - NİCAT SƏMƏDOV

"Xoşdur gülüşün" - Müstəzad
♡♡♡♡♡
Güldürsə də sənsizliyim hər gün səni ey gül,
xoşdur gülüşün gül.
Can ağrısına qalmasa da təndə təhəmmül,
Xoşdur gülüşün gül.
--------------
Lütf et nola bir yol mənə, ver bal dodağından,
Bir busə əmanət.
Azad elə bu könlümü hicran otağından,
Yox məndə xəyanət.
Gərçi eliyib halıma rişxənd gülürsən,
Yəqin ki,bilirsən,
Hicrindən əzizim,yanıb olsam da əgər kül,
Xoşdur gülüşün gül.
--------------
Bir ləhzə mülayimliyi əks etsə təbəssüm,
Sərt davranışında.
Gül - gül ki,vüsal rəqsini ifa edə hissim,
Süzgün baxışında.
Tez - tez mənə ətrinlə xəbər ver gəlişindən.
Şiltağ gülüşündən,
Biganəliyin etsə də asan işi müşgül,
Xoşdur gülüşün gül.
---------------
Öldürməyə cəhd etsə də nazın məni,məndə,
Ölməz bir ümid var,
Ahım oyadar bir gecə rəhm hissini səndə,
Olsan da zülmkar,
Gec - tez məni,sən,qurtaracaqsan bu zülümdən,
Yox qorxum ölümdən,
Ölsəm qara toprağə qarşsam da gülüm,gül.
Xoşdur gülüşün gül.
---------------
Vüslət qapısından məni qovdun dəfələrnən,
Qəsdin nədi zalım?!
Ətrafımı kabus bürüyüb qəhqəhələrnən,
Yoxdur dəxi halım.
Dağ boyda olan dərdi görürsənmi Nicatda?!
Ağırlığı hətda,
Tezliklə nida qətdini eylərsə də vergül,
Xoşdur gülüşün gül.
MÜƏLLİF *** NİCAT SƏMƏDOV *** 28.06.2016
"Xoşdur gülüşün" gül - NİCAT SƏMƏDOV


Xəbəri paylaş

2 3698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___