Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"
Tarix: 01-05-2024 | Saat: 09:56
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır".

Bu sözləri müğənni Xuraman Şuşalı "Elgizlə izlə" verilişində deyib. Sənətçi hicabı çıxarmaq fikrində olmadığını bildirib:

"Kiminsə mənim əvəzimə nəyisə həll etməsinə, məsləhət verməsinə ehtiyacım yoxdur. Mən ağıllı xanımam, öz seçimimi çox gözəl bilirəm. 11 il əvvəl həyatımın elə dövründə hicaba keçmişdim ki, toylarım da çox idi, mahnılarım da populyar idi. Ruzini verən Allahdır. İstər hicabla, istər hicabsız. Kimlərsə öz aləmində guya zəng edib məni "bişirməyə" çalışırlar. Öz ağlım var, bu söhbəti bağlayın. Başımı açmıram, heç fikrim də yoxdur. Əgər belə bir şey olacaqsa, xəbər tutacaqsınız. O zaman bu barədə danışarıq. Bu mənim şəxsi həyatım və qərarımdır, müzakirəyə qoymayın. Mahnılarımı, toyumu, səhnədəki çıxışımı müzakirə edə bilərsiniz. Amma hicabımla bağlı toxunulmazlıq istəyirəm. Heç kimin ixtiyarı yoxdur kiminsə həyatına müdaxilə etməyə".



Xəbəri paylaş

2 8038 dəfə oxunub.

Digər xəbərlər
21-03-2015, 15:19 İlan nəhəng iti uddu video
4-03-2017, 11:01 Laləyə ağır itki

bütün xəbərlər
____ Instagram ___