Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
Tarix: 03-10-2016 | Saat: 13:39
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində
təlimlər davam edir. Bakı, Quba və Şirvandan sonra təlimlər Mingəçevir şəhərində baş tutub.
Mingəçevir Regional QHT Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib.
Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.
Təlimdə Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi iştirak edib.
Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə region QHT-si üçün subdomenli saytlar və QHT liderlərinin üçün bloqlar yaradılıb.
Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.
Xatırladaq ki, www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Bundan başqa 100 QHT lideri üçün bloqlar yaradılıb və onkar haqqında informasiya bankı formalaşdırılıb.
Eyni zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

24-09-2019, 08:35
Paytaxtda qonşular arasında dava: 2 nəfər bıçaqlandı
15-04-2022, 11:19
Ayağınızın altına soğan dilimi bağlayın - Xəstəlikdən xilas olun
22-05-2016, 21:02
Davudoğlunun xanımından Yıldırma yardım
3-09-2016, 20:26
Avtobus qəzaya düşdü: 5 yaralı - FOTO
15-03-2016, 09:35
Günün qoroskopu: danışmaqdansa, qulaq asın
28-06-2023, 12:58
Quranla epilepsiya və panik atak müalicəsi
8-03-2023, 18:27
“Şəxsi həyatım mənə aiddir, heç kimə yox” - Gülay Zeynallı
5-06-2017, 14:41
“Real"la oyundan sonra Enrike mənə dedi ki..." - Messi
21-09-2017, 09:50
Yalnız körpələrin sahib olduğu 10 SUPER GÜC