Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanda gərginlik, Xankəndidə qaynaşma və diqqət Bakıya - NƏ BAŞ VERİR?
Tarix: 24-06-2021 | Saat: 11:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Xankəndidə qalan separatçılar arasında münasibətlər gərginləşib. Ermənistan KİV-ləri xəbər verir ki, iyunun 21-də Xankəndidə olan bir qrup erməni mərkəzi meydana toplaşaraq baş separatçı Araik Arutunyanın istefasını tələb ediblər.
Ermənilərin Araikə qarşı kəskin çıxışlarına səbəb onun iyunun 20-də seçki günü İrəvanda Paşinyanın lideri olduğu “Mülki müqavilə” partiyasının seçki qərargahında görünməsi olub. Xankəndiyə toplaşan ermənilər Araikin dərhal istefa verməsini tələb ediblər.

Buna qarşılıq olaraq Araik Xankəndidə tərəfdarlarını mitinqə dəvət edərək onların qarşısında çıxış edib. Çıxışı zamanı “dialoq”a hazır olduğunu elan edib. Bildirib ki, hər kəs “qanun”a tabe olmalı, qarşılıqlı anlaşma əldə edilməlidir. Arutunyan qəti şəkildə “istefa” verməyəcəyini də bəyan edib.

Bu məqamda qeyd edək ki, ötən ilin noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli atəşkəs bəyanatı imzalandı. Bəyanatın imzalanmasından sonra rəsmi Bakı dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb və Azərbaycanın ərazi bütövlüyü təmin edilib.

Azərbaycan torpaqlarında separatçı qüvvələrin özləri üçün hakimiyyət və siyasi münasibətlər sistemi qurması ölkəmizdə də böyük narazılıqla qarşılanır. Son parlament seçkiləri zamanı rusmeylli qüvvələrin Köçəryanın timsalında məğlubiyyətə uğramasından sonra separatçı qüvvələrin hərəkətə keçməsi təsadüfi deyil. Onların arxasında “Qarabağ klanı” kimi tanınan rusmeylli siyasi dairələrin dayandığı iddiaları da yayılmaqdadır.

Milli Məclisin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı AYNA-ya şərhində deyib ki, Xankəndidə separatçılar arasında münaqişə hökm sürür və qarşıdakı zamanlarda bu daha da dərinləşəcək: “Ermənistanda keçirilən son parlament seçkiləri “Qarabağ klanı”na çox ağır zərbə oldu. Onların İrəvandakı sonuncu istehkamları da dağıldı. İstər Köçəryan olsun, istərsə də Sarqsyan, tam şəkildə nüfuzdan düşdülər. Bir daha aydın oldu ki, onların Ermənistanda sosial dayaqları yoxdur. Erməni xalqı onların yenidən iqtidara gəlməsi ilə barışmadı. Bu seçkilər bir daha bunun bariz nümunəsi oldu. Ermənilər anladılar ki, işğalçılıq siyasəti onları son dərəcə ağır fəlakətlərə sürükləyib. Son aksiya da bunun nəticəsi və bu mübarizənin tərkib hissəsidir”.

“Xankəndidə keçirilən son mitinqlər Qarabağ erməniləri arasında mübarizənin yeni fazaya keçdiyini ortaya qoyur. Hesab edirəm ki, qarşıdakı dövrdə bu münasibətlər daha da kəskinləşəcək. Xankəndidə yaşayan ermənilər separatçı rejimin rəhbərliyinə qarşı davamlı aksiyalar keçirəcəklər. Etirazların müxtəlif təzahürləri meydana çıxacaq. Təbii ki, uydurma “respublika” və uydurma “president” iddialarının sonu elə belə bitməliydi. Bütün hallarda Ermənistan erməniləri kimi, Qarabağ erməniləri də mövcud reallıqla barışmalı, işğalçılıq iddialarından birmənalı əl çəkməlidirlər”, - deyə deputat söyləyib.

VHP sədrinin sözlərinə görə, Azərbaycan tərəfi məsələyə rəsmi mövqe bildirməlidir: “Hazırda əraziyə rus sülhməramlı qüvvələri yerləşdirilib. Hazırkı şəraitdə biz yalnız rəy bildirə və öz mövqeyimizi ifadə edə bilərik. Hesab edirəm ki, bu, baş verəcək. Orada yaşayan ermənilər Azərbaycanın torpaq bütövlüyünü və suveren hüquqlarını qəbul edərsə, bu halda biz onları müdafiə də edə bilərik. Yox, əgər işğalçılıq iddiasından əl çəkmirlərsə, bu halda heç bir dəstəkdən söhbət gedə bilməz”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da AYNA-ya açıqlamasında bildirib ki, Qarabağ və Ermənistan erməniləri arasında dərin konfilktlər var: “Ermənistanda keçirilən son parlament seçkiləri zamanı siyasi qüvvələr arasında dərin böhran yaşandı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra “Qarabağ klanı” yenidən siyasi həyata qayıtmağa təşəbbüs göstərdi. Ehtimal edirdilər ki, yaranmış vəziyyətdən sui-istifadə edərək, yenidən iqtidara sahiblənə biləcəklər. Lakin məğlub tərəf olsa da, erməni ictimaiyyəti yenidən Pasinyana və onun komandasına etimad göstərdi. Bu isə “Qarabağ klanı” adlandırılan qüvvələrin siyasi cəhətdən sonu deməkdir. Onlar bununla barışmaq istəmirlər və Xankəndidə separatçıların keçirdiyi aksiyaya da məhz bu kontekstdən yanaşmaq lazımdır”.

“Bu gün Ermənistanda iki qütb formalaşıb: Bunlardan biri Ermənistan erməniləri, digəri isə Qarabağ erməniləridir. Onların arasında çox dərin ziddiyyətlər var. Qarabağ erməniləri açıq şəkildə Köçəryan-Sərqsyan qruplaşmasını dəstəkləyir. Hazırda onlar ağır siyasi məğlubiyyətə uğrayıblar. Emosiyaların gərildiyi belə bir zamanda separatçıların rəhbəri Araik Arutyunyanın Paşinyan açıq dəstək verməsi onları qəzəbləndirib. Bu səbəbdən baş separatçının istefa verməsini tələb edirlər”, - deyə ADP sədri vurğulayıb.

Onun fikrincə, Araik istefa verməmək üçün dirənəcək: “Bir məqamı unutmaq lazım deyil ki, onlar bu müharibədə məğlub olublar. Heç bir halda bu nəticəni dəyişə bilməyəcəklər. Bu səbəbdən məsələyə ciddi reaksiya verilməsinin tərəfdarı deyiləm”.

Cəlaloğlu qeyd edib, rəsmi Bakı məsələyə kəskin etiraz etməlidir: “Azərbaycan tərəfinin bu məsələdə mövqeyi bəllidir. Hesab edirəm ki, son hadisələrə rəsmi münasibət bildirilməlidir. Xankəndidə separatçı qüvvələrin hakimiyyət iddialarına son qoyulması bir dövlət olaraq bizim birinci vəzifəmiz olmalıdır”.



2948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___